gəbərmək (heyvanlar haqqında)

to ge belly up / to keel over / to kick off задрать ноги (издохнуть, о животных)
geyinib-kecinmək
Gədаdаn bəy olmaz.
OBASTAN VİKİ
Heyvanlar
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Birhüceyrəli heyvanlar
İbtidailər və ya birhüceyrəlilər (q.yun. πρώτιστος "ən birinci, ilkin" və ya ən sadə) — nüvəlilərin heyvanlara aid olan heterogen qrupu. Birhüceyrəli heyvanların va ya ibtidailərin bədəni bir hüceyrədən ibarətdir. Bu heyvanlar bütün həyat proseslərinə – qidalanma, ifrazat, tənəffüs, qıcıqlanma, çoxalma, hərəkət, mühitə uyğunlaşma və s. malikdir, qeyri-cinsiyyətli və cinsiyyətli yolla çoxalırlar. Əksəriyyətı sista əmələ gətirir. Birhüceyrəlilər şirin sularda dəniz və okeanlarda, rütubətli torpaqda, insan və heyvan orqanizmində yaşayır. Qidalanma tərzinə görə ibtidailərin böyük əksəriyyəti heterotrofdur. Onlar əsasən torpaqda yaşayan mikroorqanizmlərlə (bakteriyalar, yosunlar, göbələklərin sporları) qidalanır. Onlar arasında bitki qalıqlarının həll olmuş üzvi maddələri ilə qidalanan saprofitlər də (qamçılılar) vardır.
Heyvanlar tarixi
Heyvanlar tarixi (Aristotel)
Onurğalı heyvanlar
Onurğalılar (lat. Vertebrata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan yarımtipi. Onurğalılar növlərinə görə onurğasızlardan xeyli azdır (45000 növ), lakin müasir biosferin həyatındakı roluna, adətən biosenozlarda qidalanma zəncirini tamamladığına görə onlardan üstündür. Kələlilərə dəyirmiağızlılar, qığırdaqlı balıqlar, sümüklü balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər daxildir. Onurğalı heyvanlar torpaqəmələgəlmə prosesində fəal iştirak edirlər. Bunlar arasında gəmiricilərin xüsusi çəkisi daha böyükdür. Bütün gəmiricilər torpaq qatında yuvalar qazır. Bu zaman səthə külli miqdarda qarışdırılmış torpaq atılır. Gəmiricilərdən bəziləri torpaqda "köstəbək yolları" adlanan yollar qazır. Bozqır rayonlarda yer siçanları torpağın aşağı və yuxarı qatlarını o qədər qarışdırır və ya torpağın səthinə o qədər torpaq atırlar ki, səthdə bozqırlar üçün səciyyəvi olan mikrorelyef yaranır.
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Poykiloterm heyvanlar
Poykiloterm heyvanlar — bədən temperaturu mühitin temperaturundan asılı olan heyvanlar. Orqanizmdə baş verən maddələr mübadiləsi bədən temperaturunu sabit saxlaya bilmir. Onurğasız heyvanların hamısı, quşlar və məməli heyvanlardan başqa yerdə qalan bütün onurğalılar.
Vəhşi heyvanlar
Vəhşi heyvanlar (lat. Theria) — məməlilər sinfinə aid yarımsinif. Müasir diri bala doğan məməliləri özündə cəmləşdirir. Belə ki, yarımsinfə aid olan nümayəndələr yumurta qoymadan bala doğmaqla çoxalırlar. Plasentalılar və kisəlilər bu yarımsinfi təşkil edirlər. Xarici qulağa və topuğa malikdirlər.
Əhliləşdirilmiş heyvanlar
Əhliləşdirmə və ya domestikasiya — insan tərəfindən yaradılan və nəzarət edilən şəraitdə vəhşi heyvanların əhliləşdirilməsi və yabanı bitkilərin mədəniləşdirilməsi, vəhşi heyvanların ələ öyrədilməsi və bunların ev heyvanlarına çevrilməsi. İnsanlar müxtəlif vəhşi heyvanları bu yolla çoxaldır və əsasən, təsərrüfat ehtiyacını ödəmək üçün ondan istifadə edirlər. Heyvanların əhliləşdirilməsinə 10-15 min il bundan əvvəl başlanılmış, əhliləşdirmə cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında mühüm mərhələ olmuş və nəticədə heyvandarlıq sahəsi yaranmışdır. Bundan 14 min il əvvəl əhliləşdirilməyə başlandığı təxmin olunan itlər ilk əhliləşdirilən heyvan hesab olunur. Amerika alimləri izotop üsulu ilə təyin etmişlər ki, hələ 10 min il əvvəl İranda keçi, Şərqi Avropada isə 8–9 min il əvvəl qaramal, donuz və qoyun əhliləşdirilmişdir. R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Heyvanlar diyarı
Heyvanlar diyarı və ya Zoopolis — 2016-cı ildə "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş 3D animasiya filmi. "Zoopolis" cizgi filmi Disneyin 55-ci bədii filmidir. Sirr, cinayət, macəra, komediya və ailə janrındadır. Filmin əsas məzmununda: polis olmaq istəyən bir dovşanın xəyallarının arxasınca getməsini və xəyalına çatdıqdan sonra uğradığı xəyal qırıqlığını, amma buna baxmayaraq, işini etmək üçün əlindən gələni etdiyini görürük. Rejissorluğu Byron Howard ve Rich Moore tərəfindən hazırlanan filmin səsləndirməsində Jennifer Gudvin, Cason Batmen, Idris Elba, Ceny Sleyt, Nayt Torens, Bonie Hunt, Don Layk, Tommy Çong, J.K.Simmons, Oktavia Spenser, Alan Tudyk ve Şakira yer almaktadır. Cizgi filmin personajları və onları səsləndirənlər: Judi Hops — Jennifer Gudvin; Nik Vayld — Cason Batmen; Gazella — Şakira; Idris Elba — Bogo; Oktavia Spenser — Xanım Oterton; Bonie Hunt — Bonie Hops; J.K.Simmons — Mayor Lionhert; Nayt Torens — Klavhaus; Ceny Sleyt — Assistant mayor Bellveter; Alan Tudyk — Duyk Veslton; Tomy Çyong — Yaks; Don Layk — Stu Hops; 2016-cı ilin iyununda Howard və Moore "Heyvanlar diyarı" filminin davamı ehtimalı haqqında danışıqlar aparırdılar. 12 Noyabr 2021-ci ildə Disney serialın 2022-ci ildə buraxılacağını təsdiqlədi və həmçinin filmin daha əvvəl serialda olması təsdiqlənməmiş personajların daxil olduğu ilk görünüş tizer şəklini yayımladı. Serial Trent Correy və Josie Trinidad tərəfindən idarə olunacaq. Cizgi filmin mahnıları Miçel Jiaçino tərəfindən bəstələndi. Şakira, Gazelle roluna "Try Everyting" adlı mahnısı da əlavə etdi.
Heyvanlar tarixi (Aristotel)
Heyvanlar tarixi (yun. Τῶν περὶ τὰ ζῷα ἱστοριῶν, Ton peri ta zoia historion, "Heyvanlar haqqında sorğular"; lat. Historia Animalium, "Heyvanlar tarixi") — Afinada Platon Akademiyasında təhsil almış qədim yunan filosofu Aristotelin biologiyaya dair əsas mətnlərindən biri. Eradan əvvəl IV əsrdə yazılmışdır. Aristotel özü eradan əvvəl 322-ci ildə vəfat etmişdir. Ümumi mənzərədə zoologiyanın pioneri hesab edilən əsərdə Aristotel nəyi (heyvanlar haqqında mövcud faktları) araşdırdığını izah etmiş, ardınca niyəni (bu xüsusiyyətlərin səbəblərini) müəyyən etmişdir. Beləliklə, kitabda fəlsəfəni təbii dünyanın bir hissəsinə tətbiq etməyə cəhd edilmişdir. Əsər boyu Aristotel həm fərdlər, həm də qruplar arasında fərqləri müəyyən etməyə çalışmışdır. Bütün üzvlərin eyni fərqləndirici xüsusiyyətlərə malik olduğu müşahidə edilirsə, bu, bir qrupdur. Məsələn, bütün quşların lələkləri, qanadları və dimdiyi var.
Məcnun heyvanlar arasında
Məcnun heyvanlar arasında — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Leyli və Məcnun" poemasında, Leylinin atasının elçilərə etiraz etməsindən sonra, Məcnun insanlardan uzaqlaşaraq səhrada yaşamağa qərar verir. Vaxt keçdikcə o, vəhşi heyvanlarla dostlaşır, dərdlərini onlarla bölüşür. Üslub və dəst-xəttinə görə Ağa Mirəkə aid edilən miniatür, zəngin koloriti, mənzərənin göz oxşayan məziyyəti ilə seçilir. Lakin, bu məziyyət süjetin kədərli səciyyəsi ilə bir yerə sığmır. Miniatürün bütün səthi qayalıq dağlara, Yamaclardan kükrəyən qaynaqlara, ala-bula gövdəli tozağacı və sərv ağaclarına, bəyaz çiçək və kollara qərq olmuşdur. Belə lirik səpkidə verilən mənzərə ağac kölgəsində yatan nakam bir eşq mücəssəməsi və onun iztirabları ilə təzad təşkil edir. Miniatürün aşağı hissəsində təsvirin aid olduğu səhnədən beytlər yazılmışdır.
Biblioqrafiya haqqında
Forest Uitaker (ing. Forest Whitaker; 15 iyul 1961[…]) — Amerika aktyoru, rejissoru və prodüseri. 2007-ci ildə "İskoçyanın Son Kralı" filmində aktyor "İdi Amin"ini reallıqla təsvir etdiyi üçün bir neçə mükafata layiq görülür. Aktyor həmçinin də, ən yaxşı kişi aktyoru kimi "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmy" mükafatları ilə qiymətləndirilmişdir. == Həyatı == O, futbol komandasının oyunçusu olduğu Paliseyd məktəbini bitirir, bir müddət idmanla məşğul olduqdan sonra musiqi ilə də maraqlanmışdır. Forest 1979-cu ildə orta məktəbi bitirir, daha sonra Dilana Tomasın istehsalı ilə "Süd meşəsi kölgəsi altında" filmində ilk rolunu oynayır və bu filmlə Forest, aktyorluq sənətinə ilk addımın atır. Bir müddət sonra Pomonadaki Kaliforniya Politexnik Universitetində onurğasından ağır zədə alır və buna görə Forestə təqaüd ayrılır. Bir müddətdən sonra 1996-cı ildə Forest "Atəşi yandırdı" filmində Keyşe Neşla tanış olur və onunla evlənir. == Film kariyerası == İdmanla əlaqəni kəsdikdən sonra qərara gəlir ki, başqa sahəyə üz tutsun və ele həmin ərəfələrdə Cənubi Kaliforniya Universitetində təhsil almaq üçün konservatoriyanın teatr fakültəsinə daxil olur. Həm də Forest, London Drama Studiyasında (Berkeley şöbəsini) oxudu.
Vətəndaş haqqında
Vətəndaş haqqında (lat. De Cive) — Tomas Hobbsun əsas əsərlərindən biri. Kitab ilk olaraq 1642-ci ildə Parisdə latın dilində nəşr edilmişdir, ardınca 1647-ci ildə Amsterdamdan iki əlavə latın dilində nəşri buraxıldı. Əsərin ingilis dilinə tərcüməsi ilk dəfə dörd il sonra (London 1651) Hökumət və cəmiyyətlə bağlı fəlsəfi əsasları (ing. Philosophical rudiments concerning government and society) başlığı ilə çıxdı. Bu əsərdə Hobbsun sonradan daha dərindən Leviafan traktatında yazacağı mövzulara bu əsərində tanışlıq edir. Məşhur ifadəsi olan bellum omnium contra omnes ("hamının hamıya qarşı müharibəsi") ilk dəfə burda ortaya çıxdı. De Cive, Hobbs tərəfindən insan şüuru ilə bağlı yazılmış əsərlər trilogiyasının birincisidir. trilogiyadakı digər iki əsər: 1655-ci ildə nəşr olunan De Corpore ("Bədən haqqında") və 1658-ci ildə nəşr olunan De Homine ("İnsan haqqında")dır. Hobbs İngiltərə burjua inqilabından başlamadan əvvəlki siyasi qarışıqlıqlara baxmayaraq, o yazısını bitirə bildi.
Zaman Haqqında, Özüm Haqqında (1972)
Zaman haqqında, özüm haqqında (film, 1972)
Hüquqlar haqqında Bill
Hüquqlar haqqında Bill (ing. Bill of Rights) — ABŞ Konstitusiyasının ilk on dəyişiklərinin formal adı. Bu dəyişiklər insan hüquqlarının gücləndirilməsi üçün edilmişdir. Dəyişikliklər Ceyms Medison tərəfindən 1789-cu il sentyabrın 25-də ABŞ Konqresi iclasının birinci çağırışında təklif olunmuşdur və 1791-ci il dekabrın 15-də qüvvəyə minmişdir. ABŞ Konstitusiyasına daxil edilmiş 10 düzəliş "Hüquqlar haqqında Bill" adı altında 1791-ci il dekabrın 5-i qüvvəyə mindi. Sənəd haqqında 8 maraqlı fakt belədir: Sənəd Konstitusiyaya 1788-ci il iyun ayinda ratifikasiyasından 3 il sonra daxil edildi. Bunun səbəbi o idi ki, başdan anti-federalist qüvvələr təklif edilmiş layihəyə etiraz edirdilər, irəli sürdükləri səbəb isə o idi ki, sənəd yeni mərkəzləşmiş hökumət üçün önəmli funksiya daşısa da fərdlərin azadlıqlarıni və ştatların hüquqlarının təhlükəsizliyini təmin edə bilmədi, lakin Konqres bu prinsiplərin təmin olunması üçün sənədə düzəliş etdikdən sonra onlar Konstitusiyanın ratifikasiya edilməsinə razılıq verdilər. Sənədi hazırlayarkən Ceyms Madison Corc Meyson tərəfindən yazılmış "Virciniya Hüquqlar Bəyannamə"sinə istinad etmişdi. 1776-cı il iyun ayında ratifikasiya edilmiş Konstitusiya yalnız ayrı-ayrı fərdlərin hüquqlarının təminatçısı deyil, həm də ABŞ Müstəqillik Bəyannaməsi və Fransa Vətəndaşlarının Hüquqlari Bəyannaməsinin yaranmasına zəmin yaradan konstitusional sənəd idi. Amerikan ata-baniləri Britaniyadan müstəqillik əldə etmək üçün uzun zaman mübarizə aparmışlar, ona görə də onlarin Hüquqlar haqqında Bill-sənədini hazırlayarkən 1689-cu ildə qəbul edilmiş ingilis sənədi-Hüquqlar haqqında Bill-ə istinad etmələri məsələsi ciddi səslənmir.
Korlar haqqında hekayət
Korlar haqqında hekayət (nid. De parabel der blinden) - Holland İntibah Dövrü rəssamı Böyük Piter Breygel tərəfindən 1568-ci ildə çəkilmiş rəsm əsəri. Tabloda bir-birindən zəncir kimi tutub yeriyən altı korun təsviri verilmişdir. Ən irəlidə yeriyən birinci kor bələdçi büdrəyir və əl ağacı ilə birlikdə xəndəyə düşür. Ardınca gələn kor da onun üstünə yıxılır. İkinci əl ağacına bağlı olan üçüncü kor da özündən qabaqkıların üzərinə aşacaq. Beşinci və altıncı korların hələ heç nədən xəbəri yoxdur, lakin onları da mütləq özlərindən əvvəlki yol yoldaşlarının ardınca xəndəyə yuvarlanmaq aqibəti gözləyir. Həmin altı fiqurda yıxılmanın altı müxtəlif anları (fazaları) təsvir olunmuşdur.
Roland haqqında nəğmə
"Roland haqqında nəğmə" (fr. La Chanson de Roland) — qədim fransız jestləri janrında ən məşhur və əhəmiyyətli qəhrəmanlıq şeirlərindən biridir, Ronseval dərəsində Böyük Karl ordusu ilə bask ordusu arasında gedən döyüşdən bəhs edir. Fransız ədəbiyyatının ən qədim əsas əsəridir. “Roland nəğməsi”nin qədim fransız dilində 9 əlyazması dövrümüzə qədər gəlib çatmışdır. 1129-1165-ci illər arasında Anglo-Norman ləhcəsində yazılmış və Oksford Universitetinin Bodleian Kitabxanasında saxlanılan Oksford əlyazması kanonik sayılır. Görünür, o, ehtiyac yarananda müğənninin yaddaşını təzələmək üçün istifadə olunan bir növ “şparqalka” olub. İki mənşə nəzəriyyəsi var: Bedier müəllifin müəyyən bir Turold, 12-ci əsrin din xadimi olduğuna inanır. Ramon Menendez Pidal dastanın tədricən meydana çıxması nəzəriyyəsini irəli sürür, onun özəyini nağılçılar işləyib hazırlayırlar. Əsər 778-ci ilin avqustunda İspaniyadakı təcavüzkar kampaniyadan qayıdan Böyük Karl qoşunlarının arxa mühafizə dəstəsinin Ronceval dərəsindəki döyüşdə ölümündən bəhs edir. Şeirdə Sarasenlər (mavrlar, ərəblər) frankların əleyhdarları kimi təqdim edilir, baxmayaraq ki, əslində Rolandın dəstəsi basklarla döyüşdə həlak olub.
Sizif haqqında mif
Sizif haqqında mif (fr. Le Mythe de Sisyphe) — fransız yazıçı Alber Kamünün kitab həcmindəki fəlsəfi essesi. Essenin orijinalı 1942-ci ildə, Castin O'Brayen tərəfindən tərcümə edilmiş ingiliscə versiyası isə ilk dəfə 1955-ci ildə çap olunur. Sorn Kyerkeqor, Artur Şopenhauer, Fridrix Nitsşe kimi filosoflardan təsirlənən Kamü özünün absurd fəlsəfəsini irəli sürür. Absurdizm insanın "öz həyatına məna qatmaq" kimi ən təməl ehtiyacına kainatın "yersiz sükut"la qarşılıq verməsidir. Kamü insan həyatının absurdluğunu yunan mifologiyasındakı Sizif obrazının vəziyyətinə bənzədir. Belə ki, tanrılar onu iri bir daş parçasını dağ ilə üzüyuxarı qaldırmaqla cəzalandırırlar və o, daşın sonda yenə də aşağıya yuvarlanacağını bildiyi halda, bu mənasız tapşırığı ömrünün sonuna qədər yerinə yetirməyə məhkumdur. Esse ilə Kamünün Yad romanı (1942), Anlaşılmazlıq (1942) və Kaliqula (1944) tamaşaları, xüsusilə də Üsyan (1951) essesi ilə arasında müəyyən oxşarlıqlar nəzərə çarpır. Kamü esse üzərində işləməyə 1940-ci ildə Fransanın işğal olunduğu, yəni milyonlarla insanın alman ordusundan qaçdığı dövrdə başlayır. Essedə yazılanların bu hadisə ilə birbaşa demək olar heç bir əlaqəsi olmasa da, gözü qarşısında baş verənlər Kamüyə absurdu anlamağa daha çox kömək edir.
Tərəzi bürcü haqqında
Tərəzi bürcü — səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. "Tərəzi"də parlaq ulduz yoxdur, amma onu himayə edən Venera ("Dan ulduzu") Ay və Günəşdən sonra Yerdən görünən ən parlaq planetdir. Qədim romalılar tərəfindən məhəbbət, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə "Tərəzi"ni deyil, həmçinin Buğa bürcünü də idarə edir. Onun radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimiyyətlilikdir. Göydə dördbucaqlı şəklində düzülmüş ən parlaq ulduzlardandır: α Tərəzi, Zuben Əl-Cənubi, Parıltılıq dərəcəsi: 5,15m, 2,75m β Tərəzi, Zuben Əl-Şimali; γ Tərəzi, Zuben Əl-Əqrəb; δ Tərəzi — dəyişkən ulduz. Parıltılıq dərəcəsi 4,8m — 6,0m; σ Tərəzi — dəyişkən ulduz.. α və β tərəzinin birləşdirici xəttini, а γ и σ — tərəzi qapanlarını təşkil edir.
Viruslar haqqında ensiklopediya
Xınalıq haqqında filmlər
Yer haqqında elmlər
Yer haqqında elmlər (geoelmlər) - Yer planetinin quruluşunu (litosfer, hidrosfer, atmosfer), əhalisini, onun təsərüfat fəaliyyətini və Yerətrafı kosmik məkanı öyrənən elmlər qrupudur. Yerin öyrənilməsi Yer qrupundan olan digər planetlərin öyrənilməsini asanlaşdırır. Günəş sistemini öyrənən zondlar meydana gəldikdən sonra Yer haqqında elmlərə planetologiya elmi də əlavə olundu. Bu elm Ayı, planetləri, onların peyklərini, meteor və kometləri öyrənir. Yer haqqında elmlərə daxildir: təbiət elmləri: geologiya, fiziki coğrafiya və s. ictimai elmlər: əhali coğrafiyaı, iqtisadi coğrafiya və s. Yer bütün haqqında elmlər ümumi və regional sahələrə bölünürlər. Ümumi elm həmin elmin ümumi qanunauyğunluqlarını, regional elm isə həmin elmin dar bir sahəsini öyrənir.
İsgəndər haqqında roman
İsgəndər haqqında romanlar Avropa xalqlarının qədim ədəbiyyatında Böyük İsgəndərin həyatı və fəaliyyəti ilə bağlı müxtəlif mifik məlumatların toplandığı əsərlərə verilən ümumi addır. Əsərin ilk versiyaları yunan dilində olmaqla III əsrə aiddir. Bir qədər sonrakı dövrə aid əlyazmalarda əsər Makedoniyalı İsgəndərin saray tarixçisi Kallisfenə aid edilir, lakin bu tarixi şəxs İsgəndərdən əvvəl vəfat etdiyinə görə onun həyatını tam əks etdirə bilməmişdir. Əsərin naməlum müəllifi indi də bir çox tədqiqatçılar tərəfindən Psevdo-Kallisfen adlandırılır. IV-XVI əsrlərdə Orta Yunan, Latın, Qədim Erməni, Süryani və İvrit dillərində əsərin müxtəlif versiyaları yaradılmışdır. İsgəndərin yaşadığı dövrdə hələ onun haqqında əfsanələr yaradılmışdı. Kallisfenin dövrümüzə çatmamış əsərində İsgəndərin həyatı Kilikiyaya qədər irəliləməyə kimi təsvir edilmişdi. İsgəndərin ölümündən sonra əsəri davam etdirən Onesikrit hadisələri o qədər inkişaf etdirir ki, hətta İsgəndəri əfsanəvi amazonkaların kraliçası Talestrislə də görüşdürür (Plutarxa görə, Onesikrit bir vaxtlar özünü kral elan etmək istəmiş diadox Lisimaxdan həmin dövr haqqında eşitdikdən sonra dövrlə maraqlanmağa başlamışdır). Antik və orta əsrlər dövründə əsər çoxlu məzmun dəyişiklərinə və genişləndirmələrə məruz qalaraq, bir neçə versiyada yüksək ədəbi formalı əsər kimi meydana çıxmışdır. Latın, Qədim Erməni, Gürcü və Süryani dillərinə əsər Son Antik dövrlərdə (IV-VI əsrlər) tərcümə edilmişdir.
Kevin haqqında danışmalıyıq
Kevin haqqında danışmalıyıq (ing. We Need to Talk About Kevin) — 2011-ci il psixoloji triller, dram filmi. Filmin rejissoru Linn Remsidir, ssenarisini Rori Stüart Kinnir ilə birlikdə yazıb. Film Layonel Şriverin müəllifi olduğu eyniadlı roman əsasında çəkilib. Baş rollarda Tilda Suinton, Con K. Rayli və Ezra Miller yer alıb. Film psixopat uşaqdan bəhs edir. kevin.oscilloscope.net — Kevin haqqında danışmalıyıq rəsmi saytı Kevin haqqında danışmalıyıq — Internet Movie Database saytında.